Fransanın PSJ klubunun futbolçusu Erik-Maksim Şupo-Motinq karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı kamerunlu “Torino”nun transfer siyahısına düşüb.
Turin klubu hücumçunu mövsümün sonunda heyətinə qatmaq istəyir. Bu yay müqaviləsi başa çatan Şupo-Motinq azad agent statusu ilə A seriyası təmsilçisinə keçmək imkanı qazanacaq. “Torino” futbolçuya 2 illik müqavilə təklif edir. Afrikalı bu anlaşmaya əsasən ildə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Erik-Maksim cari mövsüm PSJ-də bütün turnirlərdə üst-üstə keçirdiyi 17 matçda 5 qol vurub.
- “Tottenhem”dən transfer: Portuqaliyalı futbolçu London klubunda
- Platinidən Oliseyə tərif - “10 nömrə" olmaq üçün hər şeyə sahibdir”
- Xorvatiyanın baş məşqçisi Ronaldonu fərqləndirdi - “Hər an qol vura bilər”
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş