PSJ-yə qarşı oynamayacaq
05.03.2022 - 00:35
“Real” daha bir futbolçusunun xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının PSJ ilə 1/8 final mərhələsinin cavab oyununda Toni Kroos da komandasına kömək edə bilməyəcək.
Almaniyalı sol ayağındakı zədə üzündən bu qarşılaşmada iştirak etməyəcək. Soyuqdəymədən əziyyət çəkən Fede Valverde isə PSJ ilə qarşılaşmaya yetişə bilər. O, “Real Sosyedad”la çempionat matçını buraxacaq.
Qeyd edək ki, “Real” PSJ ilə ilk matçda 0:1 hesabı ilə uduzub.
0
0