PSJ yenidən finalda
23.01.2020 - 01:57
Fransa Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, bir gün əvvəl finala vəsiqə qazanan “Lion”un rəqibi “Reyms” – PSJ qarşılaşmasında bəlli olub.
Son 6 ildə 5 dəfə kuboku başı üzərinə qaldıran Paris təmsilçisi bu dəfə də finala yüksəlib. Səfərdə oynayan paytaxt klubu qələbə ilə həlledici matça vəsiqə qazanıb.
Qeyd edək ki, final oyunu aprelin 4-də Sen-Denidəki “Stad de Frans”da baş tutacaq.
Fransa Liqa kuboku
Yarımfinal
22 yanvar
“Reyms” – PSJ – 0:3
Markinyoş, 9, Konan, 31 (avtoqol), Kouassi, 77
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0