Pavel Paşayev "Aleksandriya"dan ayrıla bilər
19.01.2020 - 21:02
Pavel Paşayev "Aleksandriya"dan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Pavel Paşayev klubu "Aleksandriya"nı tərk edə bilər.

Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisinin 5 futbolçu ilə yollarını ayırması istisna edilmir.

Həmin oyunçular arasında Paşayev ilk sırada göstərilib. Ukrayna KİV-i 32 yaşlı cinah oyunçusunun cari mövsüm Avropa Liqasında etibarlı çıxış etmədiyini, həmçinin ölkə çempionatında da orta səviyyəli oyun ortaya qoyduğunu vurğulayıb. Bildirilir ki, Paşayevin "Aleksandriya"dakı dövrü artıq başa çatıb və komandada onu əvəz edə biləcək oyunçular var.

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"nın formasını geyinir.
 

0
Pavel Paşayev "Aleksandriya"