Paytaxt klubunda itki – 3 həftə kənarda qalacaq
06.07.2020 - 15:39
Paytaxt klubunda itki – 3 həftə kənarda qalacaq

İtaliyanın “Latsio” klubu daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, A seriyasının liderlərindən olan Roma təmsilçisi yarımmüdafiəçisi Xoakin Korreanı itirib.

Paytaxt təmsilçisinin futbolçusu ən azı üç həftə komandasına kömək edə bilməyəcək. O, diz bağlarını zədələyib.

Qeyd edək ki, Korrea cari mövsüm 26 çempionat oyununda 7 qol vurub.