Paytaxt klubundan 100 milyonluq tələb
03.03.2022 - 16:31
Paytaxt klubundan 100 milyonluq tələb

Sergey Milinkoviç-Saviç yayda “Latsio”dan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi uğrunda digər klublar arasında mübarizə daha da qızışır.

27 yaşlı orta sahə oyunçusu “Mançester Yunayted” və “Yuventus”un diqqət mərkəzindədir. Həmçinin daha əvvəl onunla maraqlanan PSJ də danışıqları yenidən bərpa edib. Roma klubunun rəhbərliyi isə Serbiya millisinin üzvünə 100 milyon avroluq qiymət qoyub. Milinkoviç-Saviçi istəyən büdcəsindən bu qədər pul çıxarmağa razı olmalıdır.

Qeyd edək ki, Sergey bu mövsüm paytaxt təmsilçisinin heyətində A seriyasında keçirdiyi 26 oyunda 8 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.