Premyer Liqa klubları Arauxonu istəyir
17.03.2022 - 22:24
“Barselona”nın müdafiəçisi Ronald Arauxo hələ də qərarını verməyib.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu İngiltərə klublarının maraq dairəsindədir.
Kataloniyalılarla yeni müqavilə bağlamağa tələsməyən Uruqvay millisinin üzvü ilə bağlı yaranmış qeyri-müəyyənlikdən yararlanan “Mançester Yunayted”lə “Arsenal” ona təklif göndərib. “Qırmızı şeytanlar” futbolçuya illik 8, “topçular” isə 6 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə sözləşmə müddəti gələn ilin yayına qədərdir.
0
0