Premyer Liqa klubuna lazım olmadı – 25 yaşlı yarımmüdafiəçi
16.01.2021 - 10:07
Premyer Liqa klubuna lazım olmadı – 25 yaşlı yarımmüdafiəçi

İngiltərənin “Kristal Pelas” klubu futbolçusu Maks Mayerlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı almaniyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.

2018-ci ilin yayından Premyer Liqa klubunda çıxış edən Maks bu müddətdə 56 oyunda meydana çıxıb. Onun hesabında 2 qol və 3 assist var.

Qeyd edək ki, almaniyalı cari mövsüm heyətdəki yerini itirib və yalnız 1 matçda şans qazanıb.