Premyer Liqa tarixində ikinci
01.02.2022 - 15:37
Premyer Liqa tarixində ikinci

İngiltərə Premyer Liqasının klubları qış transfer pəncərəsində futbolçu keçidlərinə 295 milyon funt sterlinq xərcləyib.

Apasport.az saytının məlumatına görə, bu, turnirin tarixində ikinci göstəricidir.

İndiyədək yalnız bir dəfə qış transferlərinə daha çox xərclənib. 2018-ci ildə bu rəqəm 430 milyon təşkil edib.

Ötən qış koronavirusla bağlı maliyyə çətinliyi içində olan klublar cəmi 70 milyonluq oyunçu almışdı. 

Cari mövsümün qış transferlərinin böyük hissəsi autsayderlərin payına düşür. Son 5 pillədə qərarlaşan komandalar 150 milyonundan keçib. “Everton”, “Norviç”, “Nyukasl”, “Uotford” və “Bernli”nin canfəşanlığı Premyer Liqada qalmaq üçün mübarizə aparmaları ilə bağlıdır.

Qeyd edək ki, “Böyük beşlik”dəki digər 4 çempionatın iştirakçıları ümumilikdə 380 milyonluq transfer gerçəkləşdirib.