Premyer Liqa erkən bitə bilər
04.03.2022 - 09:51
Premyer Liqa erkən bitə bilər

Rusiya Premyer Liqasında son 3 turun vaxtında dəyişiklik edilə bilər.

Apasport.az saytının məlumatına görə, klublar XXVIII, XXIX və XXX tur matçlarının mart-aprel aylarına salınmasını müzakirə edirlər.

Əcnəbi futbolçuların ölkədən mümkün gediş risklərini minimuma endirmək üçün liqa rəhbərliyi də çempionatı aprelin sonunda başa vurmağı planlaşdırır. Hazırda RPL və klublar may ayındakı 3 turun görüşlərinin hansı tarixə salınmasını düşünürlər.

Hazırkı təqvimə əsasən, XXVIII tur mayın 5-6-da, XXIX tur 12-13-də, XXX tur matçları isə 20-21-də keçirilməlidir.