Premyer Liqadan üç müştəri – 26 yaşlı yarımmüdafiəçiyə
01.03.2022 - 16:41
“Sportinq”in futbolçusu Joau Palinya karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bir neçə klubun maraq dairəsinə düşüb.
Üç klub Palinyanı heyətində görmək istəyir. Bunlar “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl”dır.
26 yaşlı futbolçu 2013-cü ildən “Sportinq”in heyətində çıxış edir. Onun lissabonlularla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, portuqaliyalı cari mövsümün 30 görüşündə 3 qola imza atıb.
0
0