Premyer Liqaya dönüşü rəsmiləşdi – “Norviç”in
17.04.2021 - 17:36
Premyer Liqaya dönüşü rəsmiləşdi – “Norviç”in

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Çempionşipin lideri “Norviç” elitaya qayıtmağa müvəffəq olub.

3-4-cü yerlərin sahibləri “Brentford” və “Sounsi”nin 42-ci turda büdrəməsi son 5 matç öncəsi “Norviç”in ilk iki pillədəki mövqeyini rəsmiləşdirməsinə səbəb olub. Komanda hazırda 90 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Norviç” ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq Çempionşipə yuvarlanmışdı.