Premyer Liqaya gedir - Alleqri
15.04.2020 - 22:28
Premyer Liqaya gedir - Alleqri

İtaliyanın “Milan” və “Yuventus” klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis “Nyukasl”ın “sükanı arxası”na keçməyə əsas namizəddir.

O, növbəti mövsümdən komandanı çalışdıra bilər. Alleqrinin təyinatı ilə “Nyukasl”da yenilənmələr prosesinə start veriləcək. Klubu alacağı gözlənilən yeni investorlar daha iddialı komanda qurmaq idiasındadır.

Qeyd edək ki, hazırda “Nyukasl”ı Stiv Brüs çalışdırır.