Ulduz futbolçuların heyətində bir araya gətirən Fransanın PSJ klubunda növbəti narazılıq dalğası yaranıb.
Apasport.az saytının məlumatına görə, klubdan gedəcəyi üçün hər vasitəyə əl atan Killian Mbappenin ardınca Serxio Ramos diqqət mərkəzinə düşüb.
İspaniyalı müdafiəçi davranışı ilə PSJ-də narazılıq yaradıb. Ramosun klub personalına münasibətdə özünü təkəbbürlü aparması aləmi qatıb. Bu, yeni qalmaqalın yetişməsindən xəbər verir.
Komandanın kapitanı olmadan belə hərəkətlər etməsi ciddi narahatçılığa səbəb olub. Hətta baş məşqçi Maurisio Poçettino da onu cəzalandırmaq barədə düşünür. Argentinalı mütəxəssis yanaşmasını dəyişməyəcəyi halda Ramosa əsas heyətdə yer təminatı verməyəcək.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer