Qanalı futbolçunu icarəyə götürdü - "Beşiktaş"
16.08.2020 - 00:03
"Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Kayserispor"un yarımmüdafiəçisi Bernard Mensa ilə anlaşıb.
Klublar arasındakı razılığa əsasən, Qana millisinin sabiq üzvü 2020/21 mövsümünü icarə əsasında "ağ-qaralar"da keçirəcək. 26 yaşlı yarımmüdafiəçi bu müddətdə özünü yaxşı tərəfdən göstərə bilsə, birdəfəlik transfer ediləcək.
Qeyd edək ki, ötən ilin yayında "Atletiko"dan alınan Bernard Mensanın "Kayserispor"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
0
0