DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alacaq Lüksemburq yığmasının qapıçısı Ralf Şön uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı qolkiperin əzələsində yırtıq aşkarlanmasıdır.
Hələ oktyabrda zədələnən Şön buna baxmayaraq, həkimlərin köməyi ilə ötən ay Millətlər Liqasının qrup mərhələsində yığmamızla görüşdə (0:0) meydana çıxmışdı. Lakin həkimlər artıq əməliyyatın qaçılmaz olduğunu açıqlayıb. Dekabrın 17-də cərrah bıçağı altına uzanacaq “Vilts” klubunun üzvünün ən azı 4 ay futboldan kənar qalacağı bildirilib.
Bu isə o deməkdir ki, Şön DÇ-2022-nin seçmə mərhələsində İrlandiya (27 mart) və Portuqaliyaya (30 mart) qarşı keçiriləcək ilk iki görüşü buraxacaq.
Qeyd edək ki, millimiz Lüksemburqla sentyabrın 1-də səfərdə, noyabrın 11-də isə evdə qarşılaşacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”