İspaniyanın “Xetafe” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini Miçel çalışdıracaq.
İspaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi yeni mövsümdən komandaya rəhbərlik edəcək. 58 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Miçel 2009-11-ci illərdə də “Xetafe”yə rəhbərlik edib. 10 ildən sonra sabiq komandasına qayıdan mütəxəssisin son iş yeri Meksika təmsilçisi “UNAM Pumas” olub. İspaniyalı bu komandaya 2019-cu ilin iyulundan 2020-ci ilin iyulunadək rəhbərlik edib.
Qeyd edək ki, başa çatan mövsümdə La Liqada 15-ci olan “Xetafe”ni Pepe Bardoles çalışdırırdı.