Qələbə ilə başladı - "Səbail”
31.07.2020 - 21:21
Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Qəbələ” və “Səbail” arasında yoxlama oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, matç Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində baş tutub.
Üç qolun vurulduğu görüşdə paytaxt təmsilçisi qalib gəlib – 2:1. Bu, Aftandil Hacıyevin yetirmələrinin mövsümə hazırlıq çərçivəsində ilk matçı olub.
Qeyd edək ki, “Qəbələ” bunadək “Zirə” ilə qolsuz heç-heçə edib.
Yoxlama oyunu
31 iyul
19:00. “Qəbələ” – “Səbail” – 1:2
Merab Qiqauri - Rauf Əliyev, Hendrik Ekşteyn
0
0