
Avropa Liqasının III turunda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə avrokubok matçını noyabrın 5-də keçirəcək.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 5 il əvvəl də qrup mərhələsinin oyununu eyni tarixdə keçirib.
Həmin vaxt Qurban Qurbanovun yetirmələri “Monako”nu qəbul edib. Bakıda baş tutan görüşdə qollu heç-heçə qeydə alınıb – 1:1.
Azərbaycan klubunun qoluna Samuel Armenteros imza atıb. O, 39-cu dəqiqədə hesabı açsa da, ikinci hissədə buraxılan qol “Qarabağ”ı qələbədən edib.
Ümumilikdə isə təmsilçilərimiz bu tarixdə 3-cü matçına çıxacaq. 5 il öncə eyni gündə daha bir Azərbaycan komandası meydana çıxıb. Dortmundda “Borussiya”nın qonağı olan “Qəbələ” 4 cavabsız qol buraxıb.
Qeyd edək ki, I qrupunun III turunun “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.