21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaq.
Qarşılaşma Nitra şəhərində baş tutacaq. Millimiz tsikldə 8-ci matçına çıxacaq. Final mərhələsinə yüksəlmək şansları nəzəri olan Milan Obradoviçin yetirmələrinin ümidləri Slovakiyada bitə bilər.
İstənilən xal itkisi möcüzənin reallaşmayacağını rəsmiləşdirəcək. Bakıda rəqibinə 2:1 hesabı ilə qalib gələn millimiz hazırda qərarlaşdığı 4-cü pillədə qalmaq üçün uduzmamalıdır. Revanş arzusunda olan meydan sahibləri isə turnir cədvəlində irəliləməyi hədəfləyib.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 13-də səfərdə Gürcüstana qarşı keçirəcək.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
8 oktyabr
18:30. Slovakiya – Azərbaycan
Baş hakim: Kristoffer Haqenes (Norveç)
Nitra. “Nitra” stadionu
|
1 |
İsveçrə |
6 |
6 |
0 |
0 |
17-4 |
18 |
|
2 |
Fransa |
6 |
5 |
0 |
1 |
18-9 |
15 |
|
3 |
Gürcüstan |
7 |
3 |
0 |
4 |
14-10 |
9 |
|
4 |
Azərbaycan |
7 |
2 |
0 |
5 |
4-13 |
6 |
|
5 |
Slovakiya |
6 |
2 |
0 |
4 |
13-17 |
6 |
|
6 |
Lixtenşteyn |
6 |
1 |
0 |
5 |
3-16 |
3 |