Azərbaycan millisinin Monteneqro ilə oyununun statistikası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının V turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.
Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionunda təşkil olunan matçda qol vurulmayıb. Halbuki komandamız əksər göstəricilərdə rəqibi üstələyib. Canni de Byazinin yetirmələri bir hissə azlıqda oynayan Monteneqro önündə qapıya 10 zərbə vurmağa macal tapıbsa, bunun 4-də çərçivə düzgün nişan alınıb.
Azərbaycan - Monteneqro
Qollar – 0:0
Zərbələr - 10:8
Çərçivəyə zərbələr – 4:2
Çərçivəyə düşməyən zərbələr – 3:5
Bloklanan zərbələr – 3:1
Künc zərbələri – 6:2
Oyundankənar vəziyyət - 2:2
Topa sahibolma faizi – 57:43
Ötürmələr – 567:407
Dəqiq ötürmələr – 458:315
Ötürmələrin dəqiqlik faizi – 81:77
Sarı vərəqələr – 4:3
Qırmızı vərəqələr - 0:1
Qayda pozuntuları- 16:9