Qomesin taleyinə aydınlıq gəldi
04.03.2022 - 12:28
“Liverpul”un futbolçusu Co Qomes klubu tərk etməyəcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp verib.
Almaniyalı mütəxəssis müdafiəçinin qalacağını və komandanın uğurları üçün mübarizə aparacağını bəyan edib. Baxmayaraq ki, müqaviləsi 2024-cü ildə başa çatacaq Conun satılacağı gündəmdə idi.
Klub rəhbərliyinin onun üçün 30 milyon avro istədiyi iddia olunurdu. “Nyukasl”, “Aston Villa” və “Real” müdafiəçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Qomes cari mövsümdə 17 oyun keçirib.
0
0