Qomis yenidən “Qalatasaray”da
02.02.2022 - 17:04
Qomis yenidən “Qalatasaray”da

“Qalatasaray” növbəti transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Bafetimbi Qomislə müqavilə imzalayıb.

İstanbul təmsilçisi onu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan transfer edib. “Qalatasaray” sabiq oyunçusu ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 37 yaşlı fransalı hücumçu 2017-18-ci illərdə də “sarı-qırmızılar”ın formasını geyinib.