Qətərdə keçiriləcək - Çempionlar Liqası oyunları
16.07.2020 - 13:52
Asiya Çempionlar Liqasının Qərb bölgəsi üzrə oyunları Qətərdə keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, 14 sentyabr - 3 oktyabr tarixlərində qrup mərhələsindən yarımfinala qədər bütün görüşləri Qətərdə baş tutacaq. Qətər Futbol Federasiyası da məlumatı təsdiqləyib.
Qeyd edək ki, Şərq Bölgəsində keçiriləcək oyunların ev sahibliyi üçün müraciətlər iyulun 24-nə qədər davam edəcək.
0
0