Qvardiolaya əvəzləyici tapdı – “Mançester Siti”
26.10.2020 - 09:06
Qvardiolaya əvəzləyici tapdı – “Mançester Siti”

İngiltərənin “Mançester Siti” klubu Pep Qvardiolaya əvəzləyici axtarmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müqaviləsi 2021-ci ilin yayında başa çatacaq ispaniyalının yerinə Yulian Naqelsmanın namizədliyini nəzərdən keçirir.

Bundesliqada “Leypsiq”ə rəhbərlik edən mütəxəssis Mançester təmsilçisinin maraq dairəsindədir. Lakin Qvardiola ilə əməkdaşlığın uzadılmayacağı təqdirdə yeganə namizəd Naqelsman olmayacaq.

Hazırda Maurisio Poçettinonun namizədliyi də müzakirə olunur. Lakin ona daha iki nəhəng - “Real” və PSJ də “elçi düşüb”.

0
Mançester Siti Pep Qvardiola Yulian Naqelsman