Ramil Şeydayevin komandası baş məşqçi ilə bağlı qərar verdi
08.10.2019 - 11:13
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo” klubunun yeni məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, Rusiya təmsilçisi XII turdan sonra istefa verən Dmitri Xoxlovun postuna müvəqqəti baş məşqçi təyin edib.
Bu vəzifə Kirill Novikova həvalə olunub. 2019-cu ilin mayından “Dinamo”nun gənclərdən ibarət komandasını çalışdıran mütəxəssis yeni baş məşqçinin təyinatına qədər komandaya cavabdehlik daşıyacaq. 38 yaşlı mütəxəssis bir müddət hər iki vəzifəni tutacaq.
0
0