Reanimasiyaya yerləşdirildi – Yılmaz Vural
27.11.2020 - 15:42
Türkiyəli məşqçi Yılmaz Vural ikinci dəfə koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, iyunda bu virusdan əziyyət çəkən 67 yaşlı mütəxəssisin bu dəfə də testi pozitiv çıxıb.
Halı pisləşən Vural özəl xəstəxanaların birinə aparılıb və dərhal reanimasiyaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, dünyada ən çox komanda dəyişdirən məşqçilərdən biri kimi tanınan Yılmaz Vuralın son iş yeri “Akhisar” olub.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0