Rekord izləmə - Premyer Liqada
07.07.2020 - 16:40
İngiltərə Premyer Liqasında televiziya vasitəsilə oyunu canlı izləmə baxımından rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu, XXXIII turun "Sauthempton" - "Mançester Siti" matçında baş verib.
Birincilərin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı televiziya vasitəsilə 5,7 milyon tamaşaçı seyr edib. Bu isə Premyer Liqada yeni rekord göstəricidir.
Qeyd edək ki, "Mançester Siti" hazırda 66 xalla ikinci, "Sauthempton" isə 43 xalla 13-cü pillədə qərarlaşır.
0
0