“Mançester Yunayted”in hücumçusu Markus Reşford cərrah bıçağı altına uzanacaq.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu çiynindən əməliyyat olunacaq.
Bu proses gələn həftə baş tutacaq. İlkin ehtimala görə, 24 yaşlı ön xətt oyunçusu 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Reşford baş məşqçi Ole-Qunnar Sulşerlə görüşərək, ötən ilin noyabrından oynamasına mane olan problemi həll etmək istədiyini bildirib. İngiltərə millisinin üzvünün sol çiynində əzələ zədələnib və futbolçu uzun müddətdir ağrıkəsici iynələrin köməkliyi ilə oynayır.
Qeyd edək ki, Markus Reşford ötən mövsüm bütün turnirlərdə keçirdiyi 57 oyunda 21 qol vurub, 15 məhsuldar ötürmə verib.