Çempionlar Liqasında başa çatan 2019/20 mövsümünün rəmzi komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “ProFootballDB” futbolçuların göstəricilərinin analizi sayəsində “11-lik” tərtib edib.
Turnirin qalibi “Bavariya” komandada daha çox – 4 futbolçu ilə təmsil olunub. Finalçı PSJ-nin iki, digər beş komandanın bir oyunçusu “11-liy”ə düşüb.
Qapıçı: Tibo Kurtua (“Real”);
Müdafiəçilər: Lukas Klostermann (“Leypsiq”), Leonardo Bonuççi (“Yuventus”), Vircil van Deyk (“Liverpul”), Alfonso Deyvis (“Bavariya”);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Bavariya”), Rodriqo (“Mançester Siti”), Coşua Kimmix (“Bavariya”), Anxel Di Mariya (PSJ);
Hücumçular: Robert Levandovski (“Bavariya”), Neymar (PSJ).