“Böyük beşlik” liqalarında eyni klubda 100-cü qolunu daha tez vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə XXI əsrin göstəriciləri əksini tapıb.
Rekord Kriştiano Ronaldoya məxsusdur. O, “Real”dakı 100-cü qolunu 105-ci matçında vurub.
Portuqaliyalı ilk “onluğ”a iki dəfə düşən yeganə oyunçudur. O, “Yuventus”da da “100”ə tez çatması ilə də cədvələ düşüb.
Lionel Messi “Barselona”dakı 100-ü qoluna kifayət qədər gec çatıb. Bunun üçün 188 dəfə meydana çıxan argentinalı siyahıda 33-cüdür.
1. Kriştiano Ronaldo (“Real”) – 105
2. Luis Suares (“Barselona”) – 120
3. Zlatan İbrahimoviç (PSJ) – 124
4-5. Kriştiano Ronaldo (“Yuventus”) – 131
4-5. Ruud van Nistelroy (“Mançester Yunayted”) - 131
6. Edinson Kavani (“Napoli”) – 135
7. Robert Levandovski (“Bavariya”) – 136
8. Killian Mbappe (PSJ) – 137
9. Kristian Vyeri (“İnter”) – 138
10. Çiro İmmobile (“Latsio”) – 147