“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun Premyer Liqanın XXVIII turunda “Mançester Siti” ilə oyunu buraxmasının əsl səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı forvardın derbidə yer almamasının zədə ilə əlaqədar olmadığı bildirilib.
Bununla bağlı paylaşımda bildirilib ki, CR7 baş məşqçi Ralf Ranqnikin taktiki seçimi ucbatından kənarda qalıb. Məsələ burasındadır ki, almaniyalı mütəxəssis müdafiə futboluna üstünlük verdiyi üçün fərqli taktika ilə başlamaq qərarına gəlib. Ronaldo da ehtiyat oyunçular skamyasında olmayacağını bildiyi üçün vətəni Portuqaliyaya yollanıb. Bununla bağlı sosial şəbəkədəki paylaşımı forvardın bacısı Kate Aveyro da bəyənib.
Qeyd edək ki, qarşılaşma “Mançester Siti”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.