Roxo Argentinaya qayıdacaq – Avropadan təklif almasa
22.01.2021 - 15:50
Roxo Argentinaya qayıdacaq – Avropadan təklif almasa

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo karyerasını Avropada davam etdirmək niyyətindədir.
 
Apasport.az saytının məlumatına görə, argentinalı müdafiəçi qış transfer pəncərəsinin sonunadək “Köhnə qitə” klublarından təklif gözləyəcək.

Belə variant olmasa, 30 yaşlı futbolçu vətəninə dönəcək. Roxo artıq “Boka Xuniors”la fevralın 1-də bu kluba keçmək barədə razılığa gəlib.

Qeyd edək Ki, Markosla “Mançester Yunayted”in müqaviləsi mövsümün sonunda başa çatır. Onun transfer qiyməti 6 milyon avrodur.