Sabiq FİFA referisi Pablo Lunati yeni doğulan oğluna Santyaqo Bernabeu adı verib.
Apasport.az saytının məlumatına görə, argentinalının bu addımı İspaniya paytaxtı Madriddəki “Santyaqo Bernabeu” stadionu ilə bağlıdır.
Lunati “River Pleyt” klubunun azarkeşidir. Bu komanda isə 2018-ci ildə Libertadores kubokunu Madriddəki arenada qazanıb. Həlledici matçda prinsipial rəqib “Boka Xuniors” üzərində qələbə əldə olunub.
Qeyd edək ki, 2004-16-cı illərdə Argentina çempionatının matçlarında fit çalan Lunati 2007-12-ci illərdə FİFA dərəcəli hakim olub. Karyerasını bitirdikdən sonra “River Pleyt” fanatı olduğunu açıqlayan sabiq referi sevimli komandasının oyunları zamanı qərarları ilə onlara köməyini əsirgəmədiyini də etiraf edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı