Sabiq kapitanı “Çelsi”ni alır
18.03.2022 - 16:23
Sabiq kapitanı “Çelsi”ni alır

“Çelsi”nin sabiq kapitanı Con Terri London klubunun sahiblərindən birinə çevrilə bilər.

Apasport.az saytının məlumatına görə, onun rəhbərlik etdiyi konsorsium klubun 10 faizinə yiyələnmək niyyətindədir.

Terri “Çelsi”nin digər sabiq üzvü Kler Referti ilə birlikdə “True Blue” konsorsiumuna rəhbərlik edir. Onlar 10 faiz üçün 250 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin onlar alqı-satqını tək reallaşdıra bilmədiklərindən biri ilə şərik olmalıdır.
 

0