Sabiq komanda yoldaşlarını yanına aparır - Riberi
19.07.2020 - 22:49
Mario Mandzukiç və Mario Götze yenidən eyni komandada çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, hər iki futbolçunun "Fiorentina"ya keçmək variantı yaranıb.
Müvafiq olaraq "Əl-Duhail" və Dortmund "Borussiya"sından ayrılan oyunçular hazırda azad agentdirlər. "Bavariya"da onlarla çiyin-çiyinə çıxış etmiş Frank Riberi futbolçuları Florensiya klubuna keçidə razı salmağa çalışır. Tərəflər arasında danışıqlarda fransalı yarımmüdafiəçi qeyri-rəsmi vasitəçidir.
Qeyd edək ki, ötən mövsüm Mario Mandzukiç 8 oyun (1 qol), Mario Götze isə 21 oyun (3 qol, 1 assist) keçirib.
0
0