Salah “Atalanta” ilə oyuna hazırdır - koronavirusdan sağaldı
24.11.2020 - 17:57
Salah “Atalanta” ilə oyuna hazırdır - koronavirusdan sağaldı

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah koronavirusdan sağalıb.

Apasport.az xəbər verir ki, bu barədə “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp məlumat verib.

Almaniyalı mütəxəssis bildirib ki, sonuncu dəfə noyabrın 8-də meydana çıxan misirli forvard Çempionlar Liqasının qrup mərhələsində İtaliya təmsilçisi “Atalanta” ilə matçda iştirak edə bilər: “Salah dünən ümumi məşqdə kollektivlə birgə olub və çox yaxşı görünürdü. Hamı kimi, onun da testi neqativ çıxıb. Dünəndən bəri nəsə dəyişməyibsə, meydana çıxa bilər”.

Qeyd edək ki, “Liverpul” – “Atalanta” oyunu sabah keçiriləcək.