“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ən çox qol vuran afrikalılar siyahısında “üçlüy”ə daxil olub.
Apasport.az saytının məlumatına görə, misirli bunu qol hesabını 96-ya çatdırmaqla reallaşdırıb.
O, “Mançester Yunayted”lə qarşılaşmada (4:2) vurduğu topla “Everton” və “Midlsbro”da oynamış Yakubu Ayeqbenini arxada qoyub. Nigeriyalının aktivində 95 qol var.
3-cü sıraya yüksələn Salahı rekorddan 8 top ayırır. “Çelsi”də 104 qola imza atan Fil Dişi Sahilindən olan Didye Droqbanın rekordu artıq gələn mövsüm qırıla bilər. Salah toqolu Emmanuel Adebayoru daha tez keçmək imkanına malikdir. “Arsenal”, “Mançester Siti” və “Tottenhem”də oynamış sonuncu 97 dəfə fərqlənib.