Bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Qalatasaray” daha bir futbolçunu transfer etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, “Fatih Karagümrük”ün vingeri Alassane Ndao İstanbul nəhənginə keçməyə yaxındır.
Çünki 25 yaşlı sağ cinah oyunçusunun həm özü, həm də klubu ilə ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, “cim-bom” 1 milyon avro, həmçinin iki futbolçusu Yesse Sekidika ilə Cimmi Durmazı qarşı tərəfə verəcək. Yaxın günlərdə seneqallı ön xətt oyunçusu ilə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Alassane Ndao ötən mövsüm 38 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə verib.