Şenol Güneş sabiq komandasına qayıdır?
17.03.2022 - 11:02
Şenol Güneş sabiq komandasına qayıdır?

“Beşiktaş” yeni baş məşqçi axtarışlarını sürətləndirib.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın siyahısına sabiq çalışdırıcısı Şenol Güneş başçılıq edir.

Mövsümü Önder Karaveli ilə tamamlayacaq İstanbul təmsilçisi yayda Güneşi bu posta gətirməyi planlaşdırır. Xüsusən də, prezident Ahmet Nur Çebi Türkiyə millisinin keçmiş çalışdırıcısının qayıtmasını arzulayır. Hətta tərəflər arasında danışıqların olduğu və ilkin razılığın əldə edildiyi də bildirilir.

Qeyd edək ki, Şenol Güneş 2015-2019-cu illərdə “Beşiktaş”ı çalışdırıb.