Serbiyalı müdafiəçi ilə müqavilə bağladı – “Zirə”
19.01.2021 - 15:09
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Apasport.az saytının məlumatına görə, komanda Nemanya Andelkoviçlə anlaşıb.
23 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Serbiyalı futbolçu daha əvvəl ölkəsində "Radnik", "Metalaç", "Yavor", "Pivara" və "Zlatibor" klublarında çıxış edib.
Qeyd edək ki, “Zirə” bunadək Musa Qurbanlını heyətinə qatıb. Gənc hücumçu "Qarabağ"dan icarəyə götürülüb.
0
0