Şəhid Məhəmmədli İbrahimlinin xatirəsinə ehtiram – Mahir Emrelidən
21.01.2021 - 19:43
“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah”la oyunundakı qolu 2-ci Vətən müharibəsinin şəhidinə həsr edib.
Apasport.az saytının məlumatına görə, ikinci hissədə vurduğu topla komandasını 2:1 hesabı ilə irəli çıxaran hücumçu Ağdam təmsilçisinin azarkeşi olmuş Məhəmmədli İbrahimlinin xatirəsinə ehtiram nümayiş etdirib.
O, komandanın fanklubunun adı yazılmış formanı götürərək qol sevincini belə göstərib.
Qeyd edək ki, Mahir bu qolla çempionatın bombardirləri siyahısında liderliyə şərik olub.
0
0