Silahlı hücuma məruz qaldı - "Milan"ın futbolçusu
09.06.2020 - 23:17
"Milan"ın futbolçusu Samuel Katillexo xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Milanda silahlı hücuma məruz qalıb.
25 yaşlı oyunçu instaqram səhifəsi vasitəsilə ona hücum olunduğunu söyləyib: "İki oğlan məni qarət etdi. Üzümə silah çəkdilər. İndi hər şey yaxşıdır".
Qeyd edək ki, Samuel Katillexo 2018-ci ildən "Milan"da çıxış edir.
0
0