Slovakiya və Gürcüstanla oyununun məkanı dəqiqləşdi - yığmamızın
17.08.2020 - 11:35
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, yığmamız əvvəlcə oktyabrın 8-də Nitra şəhərindəki eyniadlı stadionda Slovakiya ilə qarşılaşacaq.
Komandamız oktyabrın 13-də isə Qoridə yerləşən Tengiz Burjanadze adına stadionda Gürcüstan yığmasının qonağı olacaq.
Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi keçirdiyi 6 oyunda 6 xal toplayıb və 6 komanda arasında 5-ci pillədə qərarlaşır.
0
0