Smollinqlə anlaşdı – paytaxt klubu
02.09.2020 - 18:08
İtaliyanın “Roma” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Kris Smollinqlə anlaşıb.
Apasport.az saytının məlumatına görə, futbolçu A seriyası klubu ilə 3 illik müqavilə imzalamağa razılıq verib.
Keçid baş tutsa, Kris ildə 3 milyon avro qazanacaq. Transferin reallaşması üçün iki klub arasında razılıq əldə olunmalıdır. Onun təxmini qiyməti 18-20 milyon avrodur.
Qeyd edək ki, Smollinq ötən mövsüm icarə əsasında “Roma”da oynayıb.
0
0