Son sözləri - Maradonanın
26.11.2020 - 13:19
Son sözləri - Maradonanın

Futbol əfsanəsi Dieqo Maradonanın ölməzdən əvvəlki son sözləri məlum olub.

Apasport.az saytının məlumatına görə, argentinalı son olaraq “mən yaxşı deyiləm” deyib.

Əməliyyatın ardından Buenos Ayresdəki Tiqr qəsəbəsində yaşadığı evində dünən səhər yeməyi zamanı halı pisləşən Maradona solğun görünüb. Dərhal həkim onu müayinə edib. Maradona ilə birlikdə oğlu, bir psixoloq, bir psixiatr və bir tibb bacısı qalırdı. Ulduz futbolçu uzanmaq istədiyini söyləyib və həkimlər təcili yardım çağırıblar. Zəngdən sonra altı maşın evə gəlib. Lakin dünya ulduzunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.
 

0