Şərtlərini bildirdi – biri imtina etdi
12.06.2020 - 17:16
PSJ-nin hücumçusu Edinson Kavani “Atletiko”ya öz şərtlərini deyib.
Apasport.az saytının məlumatına görə, tezliklə Fransa klubundan ayrılacaq Uruqvay millisinin üzvü Madrid təmsilçisindən 12 milyon avro illik maaş tələb edib.
La Liqa klubu məbləğin aşağı salınmasına çalışsa da, 33 yaşlı oyunçunu nəyin bahasına olursa-olsun heyətə qatmaqda maraqlıdır. Üstəlik, yüksək maaş tələbindən sonra “İnter”i keçiddən imtina qərarı “Atletiko”nun şansını bir qədər də artırıb.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti iyulun 1-nə qədər olan Edinson Kavani yeni komandasına azad agent kimi keçəcək.
0
0