Sərvəti açıqlanıb - “Mançester Yunayted”i almaq istəyən idmançının
21.04.2021 - 12:13
Sərvəti açıqlanıb - “Mançester Yunayted”i almaq istəyən idmançının

İki çəki dərəcəsində UFC-nin sabiq çempionu olan Konor Makqreqorun sərvətinin dəyəri bəlli olub.

Apasport.az saytının məlumatına görə, döyüşçünün ümumi varidatı 252 milyon dollara bərabərdir.

İrlandiyalının sərvəti onun “Mançester Yunayted”i almaq istədiyini açıqlamasından sonra böyük marağa səbəb olub. Məsələ ondadır ki, amerikalı Qleyzerlər ailəsi səhmlərinin nəzarət paketinə sahib olduğu İngiltərə klubu satmaq arzusuna düşüb. 

Buna səbəb mançesterlilərin qatılmalı olduğu Superliqanın iflasıdır. Bundan yararlanan Konor klubu almaq həvəsinə düşüb.