Start heyətində 400-cü dəfə meydana çıxan Messi növbəti tur oynamaya bilər
25.09.2019 - 09:51
Start heyətində 400-cü dəfə meydana çıxan Messi növbəti tur oynamaya bilər

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi La Liqada 400-cü dəfə start heyətində meydana çıxıb.

APA-nın məlumatına görə, bu, “Vilyarreal”la VI turun matçına təsadüf edib.

O, belə uğura imza atan ikinci legionerdir. Kataloniya klubunun kapitanından öncə “Deportivo” və “Atletiko”da oynamış Donato bunu bacarıb. Braziliyalı 415 dəfə start heyətində yer alıb.

Lakin yubiley L.Messi üçün uğursuz alınıb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnərək əvəzlənib. Əzələsində ağrılar hiss edən argentinalı ikinci hissəyə çıxa bilməyib. Onun “Xetafe” ilə sentyabrın 28-də keçiriləcək matçda iştirakı da sual altındadır.

0
Lionel Messi Barselona zədə