Stokholmda işləməyə gedir - “Qəbələ”nin sabiq futbolçusu
15.04.2021 - 12:48
Stokholmda işləməyə gedir - “Qəbələ”nin sabiq futbolçusu

“Qəbələ”nin sabiq futbolçusu Pərvin Paşayev İsveçə yollanmağa hazırlaşır.

Bu barədə apasport.az saytına keçmiş yarımmüdafiəçi öz məlumat verib.

Son olaraq 2018/19 mövsümündə birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”da oynayan və hazırda uşaq məşqçisi kimi fəaliyyət göstərən 33 yaşlı Paşayev bu ayın sonunda Stokholma gedəcəyini bildirib: “İsveçdəki dostların vasitəsilə orada uşaq məşqçisi kimi çalışmaq variantım yaranıb. COVİD-19 pandemiyası uçuşlarda problemlər yaratdığından, sənədləri toplamaq bir qədər çətindir. Ümid edirəm ki, ayın sonuna qədər bu işləri yekunlaşdırıb gedəcəyəm. Stokholma getdikdən sonra danışıq aparılan klubla görüşüb məsələni yoluna qoyacağıq”.

Qeyd edək ki, Pərvin Paşayev 17, 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib.